0
Tuesday 18 January 2022 - 14:31

Səudiyyə rejimi Sənada 23 dinc sakini hədəf aldı

Story Code : 974264
Səudiyyə rejimi Sənada 23 dinc sakini hədəf aldı
Yəmən qüvvələrinin BƏƏ-yə dəfələrlə işğalçılıq siyasətinə son verməklə bağlı xəbərdarlıqlarına baxmayaraq, bu ölkə Yəmən xalqına qarşı cinayətlərindən əl çəkməyib. Elə bu səbəbdən Yəmən qüvvələri ötən gün BƏƏ hava limanına hücum təşkil edib. Bundan sonra Səudiyyə koalisiyası gecə yarısı Yəmənin paytaxtı Sənaya raket zərbələri endirib.

Ötən gecə Səudiyyə-Amerika qırıcılarının Yəmənin paytaxtı Sənada Əl-Ləybi məhəlləsinə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, onların arasında qadın və uşaqlar da var. Cinayət zamanı 11 nəfər də ağır yaralanıb. Bəzilərinin dağıntılar altında qaldığı bildirilir.

Hücum nəticəsində ən azı beş yaşayış binası tamamilə dağıdılıb, onlarla yaşayış binasına ciddi ziyan dəyib.