QR CodeQR Code

Hollandiya səfiri İsrailin qəsbkarlığına etriaz etdi

إسلام تايمز , 18 Jan 2022 15:39

İslamTimes: Hollandiya səfiri Şeyx Cərrahdakı evlərin təxliyəsinə son verilməsini tələb edib


Hollandiyanın Tel-Əvivdəki səfiri Hans Duktor ötən gün öz Twitter səhifəsində sionist rəsmilərə çağırış edib. Səfir Qüdsün Şeyx Cərrah məhəlləsindəki fələstinlilərin evlərindən zorla çıxarılması prosesinin dayandırılmasını tələb edib.

Hollandiyanın işğalçı İsraildəki səfiri bu qanunsuzluğun beynəlxalq hüquqa zidd olduğunu və gərginliyi daha da artıra biləcəyini deyib.

Ötən gün həmçinin Avropa İttifaqı nümayəndəsi Avropa İttifaqına üzv dövlətlər və həmfikir ölkələrin bir sıra nümayəndələri ilə birlikdə Şeyx Cərrah məhəlləsində olduğu zaman bildirib: "İsrailin bu fəaliyyətləri sülhlə bağlı bütün planları məhv edəcək və bu torpaqlarda gərginlik yaranmasına səbəb olacaq."

Qeyd edək ki, Aİ nümayəndələri işğalçı sionist qüvvələrin Salehiyyə ailəsinin evinin təxliyə edilməsi zamanı törətdiyi vəhşiliklərdən sonra belə açıqlama veriblər.


Story Code: 974284

News Link :
https://www.islamtimes.org/az/news/974284/hollandiya-səfiri-israilin-qəsbkarlığına-etriaz-etdi

Islam Times
  https://www.islamtimes.org