0
Tuesday 18 January 2022 - 19:26

Yəmən ordusu Tel-Əvivi qorxuya saldı

Story Code : 974324
Yəmən ordusu Tel-Əvivi qorxuya saldı
Sionist rejimin "Kan" kanalı bu gün bildirib ki, Tel-Əviv işğal etdiyi Fələstin torpaqlarına da oxşar hücumlar həyata keçirilə biləcəyi qorxusu ilə Yəmən ordusunun Əbu-Dabiyə PUA-larla hücumunu təhlil edir.

"Arab 48" informasiya saytı "Kan" şəbəkəsindən sitat gətirərək yazıb: "İsrailin qorxduğu ssenarilərdən biri də Yəməndən havaya qalxa biləcək intiharçı pilotsuz təyyarələr və raketlərlə hücumdur. Yəmənlə Əbu-Dabi arasındakı məsafə İsrailin ən cənub nöqtəsində yerləşən Eylat şəhəri ilə Yəmən arasındakı məsafəyə bərabərdir. Bu hücum husilərin inkişaf etmiş döyüş bacarığını nümayiş etdirdi”.

Qeyd edək ki, rəsmi Sənanın BƏƏ-yə "Yəmənə tacavüzlərə son ver" xəbərdarlıqlarının dəfələrlə təkrarlanmasına baxmayaraq, rəsmi Əbu-Dabi Yəmənə qarşı hücumları dayandırmayıb. Elə bu səbəbdən ötən gün Yəmən ordusu Əbu-Dabiyə pilotsuz təyyarələrlə qəfil hücum edib və İsrail, Səudiyyə Ərəbistanını da qorxuya salıb.