APA-nın xəbərinə görə, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
“Hazırda əlavə qüvvələrin rotasiya qaydasında Ukraynaya göndərilməsi nəzərdə tutulmur. Floridada dislokasiya olunan Milli Qvardiya yerindədir. Lakin biz Ukraynaya özünümüdafiə üçün kömək vasitələri axtarmağa davam edəcəyik”, - deyə Pentaqon rəsmisi vurğulayıb.