QR CodeQR Code

Kreml: "Şimal Axını 2"-ni dayandırmaq mümkün deyil!

إسلام تايمز , 19 Jan 2022 18:17

İslamTimes: Kremlin sözçüsü Almaniya kanslerinin “Şimal axını 2” qaz layihəsinin "ləğvi" ehtimalı ilə bağlı təhdid dolu sözlərinə münasibət bildirib.


Kremlin sözçüsü Almaniya kanslerinin “Şimal axını 2” qaz layihəsinin fəaliyyətinin "dayandırılması" ehtimalı ilə bağlı təhdid dolu sözlərinə münasibət bildirib. Dimitri Peskov Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik təklifini də alqışlayıb.

Ukrayna ilə bağlı Qərblə Rusiya arasında gərginlik davam etdiyi şəraitdə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə danışıb.

Sputnik informasiya agentliyi xəbər verir ki, Kreml sözçüsü Almaniya kansleri Olaf Şultsun "Rusiyanın Ukraynaya müdaxiləsi baş verəcəyi təqdirdə “Şimal axını 2” layihəsi dayandırıla bilər" açıqlamasına münasibət bildirib.

Dmitri Peskov deyib: "Şimal Axını-2 layihəsinin dayandırılması qeyri-mümkündür. Çünki ümumiyyətlə bu layihəyə qaz verilməsinə hələ başlanmayıb."


Story Code: 974503

News Link :
https://www.islamtimes.org/az/news/974503/kreml-şimal-axını-2-ni-dayandırmaq-mümkün-deyil

Islam Times
  https://www.islamtimes.org