0
Wednesday 19 January 2022 - 19:27

İbrahim Rəisi: Sanksiya təhlükəsi İranın inkişafına mane ola bilməyəcək!

Story Code : 974510
İbrahim Rəisi: Sanksiya təhlükəsi İranın inkişafına mane ola bilməyəcək!
Rusiyada səfərdə olan İran İslam Respublikası prezidenti cənab Seyid İbrahim Rəisi deyib: “Bizim üçün Rusiya ilə əlaqələrin genişləndirilməsi və inkişafı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Biz strateji əlaqələr qurmaq istəyirik. Hazırda 20 il ərzində bu əməkdaşlığın üfüqünü müəyyən edə biləcək strateji əməkdaşlıq sənədlərimiz var. Bu gün İran Rusiya ilə ticarət əlaqələrinin həcmini artırmaq üçün səy göstərir. Bununla bağlı daha artıq təlaş göstəriləcək.”

"Əl-Məyadin"in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin İran prezidenti ilə görüşün əvvəlində beynəlxalq münasibətlərdə hazırkı mərhələnin əhəmiyyətini nəzərə alaraq, Covid-19 pandemiyasının səbəb olduğu çətinliklərə baxmayaraq, Moskvaya səfəri qəbul etdiyinə görə İbrahim Rəisiyə təşəkkür edib.

Cənab Seyid İbrahim Rəisi deyib: "Biz qırx ildən artıqdır ki, ABŞ-la üz-üzəyik. Ölkəmizə qarşı sanksiyaların ləğv edilməsinə çalışırıq. Ümid edirik ki, təlaşlarımız bu sanksiyaların ləğvinə gətirib çıxaracaq. Amma sanksiyalarla təhdid siyasəti davam etsə belə bu İranın inkişafına mane ola bilməyəcək."