QR CodeQR Code

Bennet yenə sərsəmlədi

إسلام تايمز , 19 Jan 2022 20:46

İslamTimes: “Bu, ən pis addım olacaq” - sionist rejim baş naziri İranın daha da güclənəcəyindən qorxuya düşüb


“İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi Tehrana milyardlarla dollar vəsaitin verilməsi deməkdir. Bu, Qərbin görə biləcəyi ən pis iş və ata biləcəyi ən səhv addım ola bilər”.

Bunu işğalçı İsrail rejimi baş naziri Naftali Bennet deyib.

Minlərlə günahsız insanı qətliam edən, qonşu dövlətlərin ərazilərini işğal edən, BMT-nin qətnamələrini heçə saya sionist rejimin baş nazir məntəqədə İŞİD-in kökünü qazıyan İranı “terrorçu dövlət” adlandırıb:

“İran Yaxın Şərqdə terrorizmin mənşəyi və mənbəyidir. Buna görə də, sanksiyaların yumşaldılması və ya ləğvi ilə nəyəsə nail olunacağını düşünmürəm, bundan əmin ola bilərsiniz. İranın maliyyə baxımdan təmin edilməsi onun daha da güclənməsinə, ardınca bölgədə sabitliyin pozulmasına və terrorizmin daha da genişlənməsinə gətirib çıxaracaq”.


Story Code: 974526

News Link :
https://www.islamtimes.org/az/news/974526/bennet-yenə-sərsəmlədi

Islam Times
  https://www.islamtimes.org