0
Thursday 20 January 2022 - 09:52

ÜST pandemiya ilə bağlı bu məhdudiyyətləri qaldırmağı tövsiyə edib

Story Code : 974612
ÜST pandemiya ilə bağlı bu məhdudiyyətləri qaldırmağı tövsiyə edib
APA-nın məlumatına görə, bu barədə komitənin Cenevrədə yayılan bəyanatında vurğulanıb.

Bildirilib ki, nəqliyyat əlaqələrini qadağan etməklə koronavirusun omicron ştamının transsərhəd yayılmasının qarşısını almaq cəhdi səmərəsizdir.
Komitə hesab edir ki, ölkəyə giriş üçün yeganə vasitə və ya şərt kimi beynəlxalq səyahətlər üçün COVID-19-a qarşı peyvənd edilməsi barədə sənəd tələb edilməməlidir.

Eyni zamanda, komitə dünya ictimaiyyətini koronavirusun heyvanlardan insanlara və insanlardan heyvanlara keçməsi halları ilə bağlı “epidemioloji araşdırmalar aparmağa” çağırıb.

Qeyd edək ki, ÜST-ün Fövqəladə Hallar Komitəsi təşkilatın baş direktorunun tövsiyəsi əsasında 18 ekspert və 12 məsləhətçidən ibarət heyətlə üç aydan bir toplanır.