QR CodeQR Code

"Ermənistandan cavab gözləyirik" - Hikmət Hacıyev

20 Jan 2022 13:01

İslamTimes: "Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə toxundu".


Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub: "Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".


Story Code: 974651

News Link :
https://www.islamtimes.org/az/news/974651/ermənistandan-cavab-gözləyirik-hikmət-hacıyev

Islam Times
  https://www.islamtimes.org