QR CodeQR Code

Bayden Rusiya ilə bağlı medianın suallarını cavablandırmaqdan imtina edib

22 Jan 2022 02:03

İslamTimes: ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.


APA-nın məlumatına görə, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, - deyə ABŞ lideri vurğulayıb.


Story Code: 974931

News Link :
https://www.islamtimes.org/az/news/974931/bayden-rusiya-ilə-bağlı-medianın-suallarını-cavablandırmaqdan-imtina-edib

Islam Times
  https://www.islamtimes.org