QR CodeQR Code

Ərdoğandan Sezen Aksuya sərt reaksiya: Dilini qopardarıq!

22 Jan 2022 01:30

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Sezen Aksunun "Yaşamaq şahanə şeydir" adlı mahnısında "o cahil Həvva və Adəmə salam deyin" sözlərinə sərt reaksiya göstərib.


Axar.az xəbər verir ki, dövlət başçısı Böyük Çamlıca məscidində çıxışında müğənninin adını çəkməyib.

“Hz. Adəm Peyğəmbərimizə kimsə dil uzada bilməz. O uzanan dilləri yeri gəldiyində qoparmaq bizim vəzifəmizdir. Təhqirlərin mini bir qəpik. Bütün bunların qarşısında sizlər dayanmalısınız. Həvva anamıza heç kim dil uzada bilməz. Onların həddini bildirmək vəzifəmizdir”, - deyə Ərdoğan bildirib.


Story Code: 974933

News Link :
https://www.islamtimes.org/az/news/974933/ərdoğandan-sezen-aksuya-sərt-reaksiya-dilini-qopardarıq

Islam Times
  https://www.islamtimes.org