QR CodeQR Code

NATO Aralıq dənizində hərbi təlimlərə başlayır

22 Jan 2022 01:02

İslamTimes: NATO ölkələri "Neptun Strike 22" adı altında irimiqyaslı dəniz təlimləri keçirəcək.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

Hərbi dəniz təlimləri yanvarın 24-də başlayacaq və fevralın 4-dək davam edəcək.

Kirbi deyib ki, Aralıq dənizində baş tutacaq manevrlərdə gəmilər, sualtı qayıqlar və dəniz təyyarələri iştirak edəcək.

"Təlimlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub", - Kirbi qeyd edib.


Story Code: 974935

News Link :
https://www.islamtimes.org/az/news/974935/nato-aralıq-dənizində-hərbi-təlimlərə-başlayır

Islam Times
  https://www.islamtimes.org