0
Saturday 22 January 2022 - 09:00

KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

Story Code : 974965
KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır
“Report” xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Metyu Şans tvitter səhifəsində bildirib.

"ABŞ-ın Kiyevdəki səfirliyi bu gün Dövlət Departamentindən qeyri-vacib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, "çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq", - media sözçüsü yazıb.

Bundan əvvəl “Bloomberg” agentliyi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Ukraynadakı amerikalı diplomatların ailə üzvlərini təxliyə dib-etməmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.