0
Saturday 22 January 2022 - 09:36

Moskva "Su-35"ləri bu ölkəyə göndərdi: qarşıdurma ssenariləri işlənəcək

Story Code : 974967
Moskva "Su-35"ləri bu ölkəyə göndərdi: qarşıdurma ssenariləri işlənəcək
Publika.azTASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .

Nazirlik qeyd edib ki, uçuş tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya Aerokosmik Qüvvələrinin (VKS) ekipajları maksimum məsafədə uçuşlar və Belarus aerodromlarına eniş işlərini həyata keçirəcəklər. Həmçinin belaruslu mütəxəssislərlə birlikdə təkrar uçuşlara hazırlaşacaqlar.

Daha əvvəl bildirilmişdi ki, Rusiya qoşunları İttifaq dövlətinin reaksiya qüvvələrinin planlı sınağı üçün artıq Belarusa gəlməyə başlayıb. O, iki mərhələdə baş tutacaq. Birincinin fevralın 9-da başa çatdırılması planlaşdırılır. Bu, qoşunların birgə qruplaşmasının ən qısa müddətdə köçürülməsini, mühüm obyektlərin mühafizəsi və müdafiəsinin təşkilini nəzərdə tutur.

İkinci mərhələdə, fevralın 10-dan fevralın 20-dək “Allied Resolve-2022” birgə təlimi keçiriləcək.

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, hərbçilər Polşa, Baltikyanı ölkələr və Ukrayna qüvvələri ilə qarşıdurma ssenarilərini işləyəcəklər.