0
Saturday 22 January 2022 - 20:56

BMT Səudiyyə rejiminin cinayətini qınadı, ABŞ isə...

Story Code : 975085
BMT Səudiyyə rejiminin cinayətini qınadı, ABŞ isə...
Quterreş deyib: “Yəmənin başqa bir bölgəsinə də daha bir hava hücumu qeydə alınıb. Orada dinc sakinlər, o cümlədən uşaqlar ölüb və yaralanıb”.

Quterreş hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə hadisənin tez, şəffaf araşdırılmasına çağırıb.

Qeyd edək ki, cümə günü səhər saatlarında Səudiyyə koalisiyası Yəmənin Sədə vilayətində həbsxananı bombalayaraq ən qanlı cinayətlərindən birinə imza atıb. Ölü və yaralıların sayının bu saatadək 177-dən çox olduğu bildirilir.

ABŞ dövlət katibi Entoni Blinken isə Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətini qınamadan tərəfləri danışıqlara çağırıb.