QR CodeQR Code

Yəmən PUA-larından qorxan BƏƏ-də dron uçuşuna qadağa qoyulub

إسلام تايمز , 22 Jan 2022 23:41

İslamTimes: Yəmən qüvvələrinin Əbu-Dabi hava limanı da daxil olmaqla BƏƏ-də bir neçə nöqtəni hədəf almasından bir neçə gün sonra BƏƏ ölkədə pilotsuz təyyarələrin uçuşlarını qadağan edib.


BƏƏ-nin "WAM Emirates News Agency" xəbər saytının məlumatına görə, BƏƏ Daxili İşlər Nazirliyi bu gün (şənbə) ölkədə pilotsuz təyyarələrin uçuşlarının bir ay müddətinə dayandırıldığını elan edib.

Bu hesabata əsasən, qadağa müxtəlif ölçülərdə olan yüngül pilotsuz uçuş aparatlarına, idman PUA-larına, hətta hazırda keçirilən idman oyunları zamanı istifadə edilən PUA-lara aiddir. Bu qərar BƏƏ Mülki Aviasiya İdarəsi ilə razılaşdırılaraq qəbul edilib.


Story Code: 975123

News Link :
https://www.islamtimes.org/az/news/975123/yəmən-pua-larından-qorxan-bəə-də-dron-uçuşuna-qadağa-qoyulub

Islam Times
  https://www.islamtimes.org