0
Sunday 23 January 2022 - 01:17

Yəməndə hava hücumu 87 nəfərin ölümünə səbəb olub

Story Code : 975132
Yəməndə hava hücumu 87 nəfərin ölümünə səbəb olub
APA-nın xəbərinə görə, bu barədə “Al-Masirah” kanalı xəstəxanadakı mənbələrə istinadla məlumat yayıb.

Sərhədsiz Həkimlər təşkilatının yanvarın 21-də yaydığı məlumatda aviazərbələr nəticəsində Saada əyalətindəki həbsxanada 70 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilirdi. Ötən gecə koalisiya hücumda iştirakını inkar edib.

Yəmən rəsmiləri isə 87 nəfərin öldüyünü, 226 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Dağıntılar arasından həlak olanların çıxarılması davam edir. Hücum qurbanlarının artacağı istisna edilmir.