QR CodeQR Code

Qazaxıstanda etirazçılara 2 minə yaxın cinayət işi

23 Jan 2022 00:04

İslamTimes: Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev ölkənin bütün bölgələrində həyata keçirilən əməliyyat-profilaktika tədbirlərinin gedişi barədə dövlət başçısına məlumat verib.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Nazirliyin məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın müsadirə edilməsi istiqamətində işlər davam etdirilir. Terror, qətl, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqın və digər cinayətlər üzrə ümumilikdə 1 822 cinayət işi açılıb, onlardan 116-sı xüsusi səlahiyyətli prokurorluq orqanlarına göndərilib", - məlumatda bildirilir.


Story Code: 975136

News Link :
https://www.islamtimes.org/az/news/975136/qazaxıstanda-etirazçılara-2-minə-yaxın-cinayət-işi

Islam Times
  https://www.islamtimes.org