0
Sunday 23 January 2022 - 08:18

ÜST ölkələrarası səfərlərə qoyulan məhdudiyyətlərin ləğvinə çağırıb

Story Code : 975150
ÜST ölkələrarası səfərlərə qoyulan məhdudiyyətlərin ləğvinə çağırıb
APA-nın xəbərinə görə, qurumun Fövqəladə hallar komitəsinin tərtib etdiyi sənəddə beynəlxalq səfərlərlə bağlı bəzi tövsiyələr yer alır.

Sənəddə göstərilir ki, sərhədlərin bağlı olması koronavirusun yayılmasına mane olmur. Tam əksinə, yeni mutasiyaların ortaya çıxmasındakı şəffaflığı azaldır. Bu səbəbdən ölkələrarası səfərlərə qoyulan məhdudiyyətləri ləğv etmək və ya yumşaltmaq tövsiyə olunur. Bu qadağalar heç bir əlavə dayda verməyib, əksinə sosial və iqtisadi streslər yaradır.

ÜST həmçinin bildirir ki, Beynəlxalq Sanitar Qaydaların 40-cı maddəsinə əsasən xarici səfər zamanı peyvəndləmə, test və karantin kimi tələblər səyahət edənin hesabına həyata keçirilməməlidir.