QR CodeQR Code

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

23 Jan 2022 09:31

İslamTimes: İranın BMT-yə olan borcu bu ölkənin ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına ödənib.


“Report” xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb.

Qeyd olunur ki, ödəniş İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına həyata keçirilib.


Story Code: 975160

News Link :
https://www.islamtimes.org/az/news/975160/cənubi-koreya-iranın-bmt-yə-olan-borcunu-ödəyib

Islam Times
  https://www.islamtimes.org