0
Sunday 23 January 2022 - 10:06

Telegraph: Britaniya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Story Code : 975162
Telegraph: Britaniya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
APA-nın xəbərinə görə, bu barədə “Telegraph” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, sanksiya paketinə ölkənin SWIFT beynəlxalq pul köçürmələri sistemindən kənarlaşdırılması və “Şimal axını 2” layihəsinə qarşı tədbirlər daxildir.

Qəzet yazır ki, məmurlar “Kremlin daha da irəli gedəcəyi təqdirdə” Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalar üzərində işə başlayıblar.