QR CodeQR Code

Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edildi

23 Jan 2022 09:10

İslamTimes: Suriyanın şimal-şərqindəki Əl-Həsəkə şəhərində İŞİD-in 50 terrorçusu məhv edilib.


Publika.az bu barədə "Al-Arabiya" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Suriyanın hərbi qüvvələri Əl-Həsəkədə terrorçuların saxlandığı həbsxanaya hücum həyata keçirib.

Hücum nəticəsində həbsxanadan qaçmağa çalışan İŞİD terrorçuları zərərsizləşdirilib.

Bundan əvvəl həbsxana yaxınlığında kamikadzenin avtomobili partlatması nəticəsində Suriyanın bir neçə döyüşçüsü şəhid olub.


Story Code: 975163

News Link :
https://www.islamtimes.org/az/news/975163/suriyada-işid-in-50-dən-çox-terrorçusu-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org