0
Sunday 23 January 2022 - 09:10

Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edildi

Story Code : 975163
Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edildi
Publika.az bu barədə "Al-Arabiya" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Suriyanın hərbi qüvvələri Əl-Həsəkədə terrorçuların saxlandığı həbsxanaya hücum həyata keçirib.

Hücum nəticəsində həbsxanadan qaçmağa çalışan İŞİD terrorçuları zərərsizləşdirilib.

Bundan əvvəl həbsxana yaxınlığında kamikadzenin avtomobili partlatması nəticəsində Suriyanın bir neçə döyüşçüsü şəhid olub.