0
Sunday 23 January 2022 - 23:17

Ənsarullah: Koalisiya ölkələrinə hücumlarımız bu zamanadək davam edəcək

Story Code : 975254
Ənsarullah: Koalisiya ölkələrinə hücumlarımız bu zamanadək davam edəcək
Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bildirib ki, təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına üzv ölkələr Yəməndə törətdikləri cinayətləri pərdələmək üçün ictimai fikri yayındırmaq siyasətinə əl atıb.

Məhəmməd əl-Bəxiti deyib:

"Səudiyyə koalisiyası hər məğlubiyyətdən sonra dinc sakinləri bombalayır. Bir çox rejimlərin mövqeyi koalisiya ölkələrinə dəstək vermək, onların cinayətlərini ört-basdır etməkdir."

Bu barədə Ənsarullah rəsmisi əlavə edib:

"Yəmən xalqının müqaviməti ərəb xalqlarının ərəb-islam maraqlarına uyğun hərəkət etmələri üçün ilham mənbəyinə çevriləcək...
Yəmənin internet şəbəkəsinə hücumlar isə Yəməni xarici dünyadan ayırmaq və koalisiyanın cinayətlərini gizləmək üçün atılmış bir addımdır."