QR CodeQR Code

Ənsarullah: Koalisiya ölkələrinə hücumlarımız bu zamanadək davam edəcək

إسلام تايمز , 23 Jan 2022 23:17

İslamTimes: Ənsarullah rəsmisi: Səudiyyə koalisiyasına üzv ölkələrə hücumlarımız Yəmənin mühasirəsinə son qoyulanadək davam edəcək


Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bildirib ki, təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına üzv ölkələr Yəməndə törətdikləri cinayətləri pərdələmək üçün ictimai fikri yayındırmaq siyasətinə əl atıb.

Məhəmməd əl-Bəxiti deyib:

"Səudiyyə koalisiyası hər məğlubiyyətdən sonra dinc sakinləri bombalayır. Bir çox rejimlərin mövqeyi koalisiya ölkələrinə dəstək vermək, onların cinayətlərini ört-basdır etməkdir."

Bu barədə Ənsarullah rəsmisi əlavə edib:

"Yəmən xalqının müqaviməti ərəb xalqlarının ərəb-islam maraqlarına uyğun hərəkət etmələri üçün ilham mənbəyinə çevriləcək...
Yəmənin internet şəbəkəsinə hücumlar isə Yəməni xarici dünyadan ayırmaq və koalisiyanın cinayətlərini gizləmək üçün atılmış bir addımdır."


Story Code: 975254

News Link :
https://www.islamtimes.org/az/news/975254/ənsarullah-koalisiya-ölkələrinə-hücumlarımız-bu-zamanadək-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org