0
Sunday 23 January 2022 - 23:54

BƏƏ Ənsarullahı terrorçu qruplaşma kimi tanıtdırmağa çalışır

Story Code : 975271
BƏƏ Ənsarullahı terrorçu qruplaşma kimi tanıtdırmağa çalışır
BƏƏ xarici işlər nazirinin müşaviri Ənvər Qarqaş "Twitter"də yazaraq iddia edib ki, Ərəb Liqasında BƏƏ-nin təklifi ilə Ənsarullah hərəkatını terror təşkilatı kimi tanımaq üçün layihə müzakirə ediləcək.

Ənvər Qarqaş deyib: “Ərəb Liqasında Ənsarullahın terrorçu hərəkat hesab edilməsilə bağlı BƏƏ qətnaməsinin qeyd-şərtsiz təsdiqlənməsi barədə yekdil qərar var. Sərgilənən bu mövqe, BƏƏ-nin işğalına qarşı olan əsl ərəblərin mövqeyidir. Bu addım BƏƏ diplomatiyası üçün uğurdur".

Ərəb Birliyi Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi Koalisiyanın Yəməndə dinc sakinlərə, Ənsarullah Müqavimət Hərəkatına qəddar hücumlarına işarə etmədən Ənsarullahın BƏƏ-yə cavab zərbəsi endirməsini terror əməliyyatı adlandırıb.