QR CodeQR Code

BƏƏ Ənsarullahı terrorçu qruplaşma kimi tanıtdırmağa çalışır

إسلام تايمز , 23 Jan 2022 23:54

İslamTimes: BƏƏ Ərəb Koalisiyasının amansız hücumlarına qarşı müqavimət göstərən Ənsarullah xalq hərəkatını terrorçu qruplaşma kimi tanıtdırmağa çalışır


BƏƏ xarici işlər nazirinin müşaviri Ənvər Qarqaş "Twitter"də yazaraq iddia edib ki, Ərəb Liqasında BƏƏ-nin təklifi ilə Ənsarullah hərəkatını terror təşkilatı kimi tanımaq üçün layihə müzakirə ediləcək.

Ənvər Qarqaş deyib: “Ərəb Liqasında Ənsarullahın terrorçu hərəkat hesab edilməsilə bağlı BƏƏ qətnaməsinin qeyd-şərtsiz təsdiqlənməsi barədə yekdil qərar var. Sərgilənən bu mövqe, BƏƏ-nin işğalına qarşı olan əsl ərəblərin mövqeyidir. Bu addım BƏƏ diplomatiyası üçün uğurdur".

Ərəb Birliyi Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi Koalisiyanın Yəməndə dinc sakinlərə, Ənsarullah Müqavimət Hərəkatına qəddar hücumlarına işarə etmədən Ənsarullahın BƏƏ-yə cavab zərbəsi endirməsini terror əməliyyatı adlandırıb.


Story Code: 975271

News Link :
https://www.islamtimes.org/az/news/975271/bəə-ənsarullahı-terrorçu-qruplaşma-kimi-tanıtdırmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org