0
Monday 24 January 2022 - 10:57

İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər

Story Code : 975330
İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər
Publika.az"Bloomberq"ə istinadla xəbər verir ki, texnologiya şirkətlərinin səhmləri ucuzlaşdığından Mask ilə Bezos milyardlarla dollardan məhrum olublar.

Son yeddi gün ərzində İlon Mask 25.1 milyard dollar itirib, varidatı 9% azalıb. Bezos 20 milyard dollar itirib. Binance-dan Çanpen Şjao 17.7 milyard dollarından olub. Meta (keçmiş Facebook) rəhbəri Mark Zukerberqin itkisi 10.4 milyard dollar olub.

Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub, ABŞ-ın faiz dərəcələrini artırması perspektivi və qeyri-sabit gəlir səbəbindən çöküşün yükü daha çox texnologiya şirkətlərinin üzərinə düşüb.

Bu yaxınlarda Mask Tesla səhmdarlarını cin atına mindirib. Səhmdarlar məhkəməyə müraciət edərək bildiriblər ki, Mask 2016-cı ildə direktorlar şurasını əsas səhmdarı olduğu SolarCity şirkətinin borclarını ödəməyə məcbur edib. Yeni şirkətin alınması Tesla-da əlavə maliyyə problemləri yaradıb.

2016-cı ildə iki şirkətin birləşməsi Tesla-nın 2.6 milyard dollarlıq səhmləri hesabına ödənilib. İndi iddiaçılar Maskdan həmin aktivləri qaytarmağı tələb edirlər. Aktivlər isə altı il ərzində xeyli bahalaşıb.