0
Monday 24 January 2022 - 12:09

KİV: "Britaniya və Avstriya diplomatlarını Ukraynadan çıxarır"

Story Code : 975332
KİV: "Britaniya və Avstriya diplomatlarını Ukraynadan çıxarır"
“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Bundan başqa, Avstriya xarici işlər naziri Aleksander Şallenberq səfirlik işçilərinin Ukraynadan çıxarılması planının olduğunu bildirsə də, hələlik yekun qərarın olmadığını vurğulayıb.