0
Monday 24 January 2022 - 10:07

Le Pen vətəndaş müharibəsinə səbəb olacaq - Darmanen

Story Code : 975333
Le Pen vətəndaş müharibəsinə səbəb olacaq - Darmanen
Axar.az xəbər verir ki, bunu Fransa daxili işlər naziri Jerald Darmanen deyib.

“Le Pen ölkə üçün ən təhlükəli şəxsdir, çünki o, çox böyük ehtimalla seçkilərin ikinci turuna gedəcək”, - nazir bildirib.

Darmanen öz fikrini əsaslandıraraq qeyd edib ki, sıfır miqrasiya siyasətini həyata keçirmək texniki cəhətdən mümkün deyil və miqrant axınının faktiki dayandırılması Fransanın gələcəyi üçün arzuolunmazdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Namizədlərin arasında Milli Birlik Partiyasının sədri Marin Le Pen də var.