0
Monday 24 January 2022 - 13:33

Amerikalıların üçdə ikisi növbəti seçkilərdə Bayden və Trampa səs verməyəcək

Story Code : 975343
Amerikalıların üçdə ikisi növbəti seçkilərdə Bayden və Trampa səs verməyəcək
NewsWeek-in məlumatına görə, Associated Press və Nork Araşdırma Mərkəzinin birgə keçirdiyi sorğu nəticəsində məlum olub ki, amerikalıların yalnız 28 faizi Baydenin növbəti seçkilərdə iştirakını istəyir.

Sorğu həmçinin amerikalıların yalnız 27 faizinin Trampın ABŞ-da növbəti prezident seçkilərində iştirakının tərəfdarı olduğunu üzə çıxarıb.

Sorğuya görə, amerikalıların 70 faizi Baydenin, 72 faizi isə Trampın 2024-cü il seçkilərində iştirak etməsinə qarşıdır!

Sorğu yanvarın 13-dən 18-dək 1161 Amerika vətəndaşının iştirakı ilə keçirilib.