QR CodeQR Code

Amerikalıların üçdə ikisi növbəti seçkilərdə Bayden və Trampa səs verməyəcək

إسلام تايمز , 24 Jan 2022 13:33

İslamTimes: Yeni sorğuya görə, Amerika cəmiyyətinin kiçik bir hissəsi 2024-cü il prezident seçkilərində “Co Bayden” və ya “Donald Tramp”ın ABŞ lideri olması tərəfdarıdır.


NewsWeek-in məlumatına görə, Associated Press və Nork Araşdırma Mərkəzinin birgə keçirdiyi sorğu nəticəsində məlum olub ki, amerikalıların yalnız 28 faizi Baydenin növbəti seçkilərdə iştirakını istəyir.

Sorğu həmçinin amerikalıların yalnız 27 faizinin Trampın ABŞ-da növbəti prezident seçkilərində iştirakının tərəfdarı olduğunu üzə çıxarıb.

Sorğuya görə, amerikalıların 70 faizi Baydenin, 72 faizi isə Trampın 2024-cü il seçkilərində iştirak etməsinə qarşıdır!

Sorğu yanvarın 13-dən 18-dək 1161 Amerika vətəndaşının iştirakı ilə keçirilib.


Story Code: 975343

News Link :
https://www.islamtimes.org/az/news/975343/amerikalıların-üçdə-ikisi-növbəti-seçkilərdə-bayden-və-trampa-səs-verməyəcək

Islam Times
  https://www.islamtimes.org