QR CodeQR Code

BƏƏ Müqavimətlə ABŞ arasında döyüş meydanına çevriləcək!

إسلام تايمز , 24 Jan 2022 14:19

İslamTimes: BƏƏ-yə Yəmənə qarşı hücumları dayandırması ilə bağlı dəfələrlə çağırış edilməsinə baxmayaraq, bu ölkə günahsız Yəmən xalqının başına bomba yağdırmağa davam edir...


Yəmənin Ənsarullah Müqavimət Hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti Yəmən qüvvələrinin BƏƏ və Səudiyyə Ərəbistanında bugünkü əməliyyatından sonra vurğulayıb ki, Əbu-Dabi Müqavimətlə ABŞ arasında döyüş meydanına çevriləcək.

Məhəmməd əl-Bəxiti deyib: "BƏƏ bizim çağırışımıza, tövsiyəmizə məhəl qoymadı və Yəmənə qarşı müharibə başladan Səudiyyə koalisiyasını tərk etmədi. Onlar Yəmənə qarşı hücumlar təşkil edərək artıq bölgədə tərəfsiz bir dövlət olmadıqlarını göstərdilər. Bu səbəbdən BƏƏ ABŞ-la Müqavimət arasında döyüş meydanına çevriləcək."

Yəmənə qarşı təcavüz əslində ABŞ və sionist rejimin təşəbbüsü ilə baş tutan təcavüzüdür. Səudiyyə Ərəbistanı və BƏƏ isə onların əlində alətə çevrilib. Birləşmiş Ərəb Əmirliyi bu təcavüzdə ən çox uduzan tərəf olacaq və BƏƏ-yə yatırılan investisiyanın dəyəri sıfıra bərabər olacaq.


Story Code: 975356

News Link :
https://www.islamtimes.org/az/news/975356/bəə-müqavimətlə-abş-arasında-döyüş-meydanına-çevriləcək

Islam Times
  https://www.islamtimes.org