QR CodeQR Code

Boris Conson karantin dövründə ad günü şənliyi keçirilib

25 Jan 2022 00:36

İslamTimes: Böyük Britaniyada koronavirusla bağlı sərt karantinin olduğu dövrdə "Downing Street"də (Baş nazirinin iqamətgahı - red) Boris Consona ad günü şənliyi keçirilib.


APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, "Downing Street" bu gün yayılan xəbərin doğru olduğunu etiraf edib. 20 iyun 2020-ci ildə, İngiltərədə koronavirusla bağlı ilk karantinin olduğu dövrdə Boris Consonun ad gününü qeyd etmək üçün işçilərin toplaşdıqları bildirilib. Ancaq qeyd edilib ki, "Downing Street"də işləyənlər Boris Consonu qısaca təbrik etmək istəyiblər, baş nazir isə yığıncaqda sadəcə 10 dəqiqə iştirak edib.

Qeyd edək ki, Boris Consonun İngiltərədə karantinin mövcud olduğu dönəmdə qaydaları pozmağına dair xəbərlərin ardı kəsilmir. Bundan öncə isə, baş nazirin "Downing Street"in həyətində keçirilən yığıncaqda iştirak etdiyi görüntülər yayılmışdı.


Story Code: 975433

News Link :
https://www.islamtimes.org/az/news/975433/boris-conson-karantin-dövründə-ad-günü-şənliyi-keçirilib

Islam Times
  https://www.islamtimes.org