0
Tuesday 25 January 2022 - 01:31

Paşinyan: Ermənistan Türkiyə tərəfinin forumda iştirak etmək dəvətini qəbul edə bilər

Story Code : 975435
Paşinyan: Ermənistan Türkiyə tərəfinin forumda iştirak etmək dəvətini qəbul edə bilər
Paşinyandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq fürsətini qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Avropa İttifaqı, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, - deyə Ermənistanın baş naziri əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, onların ictimaiyyətdən gizli heç bir sirləri yoxdur: “Bizim siyasətimiz ictimai elanlar sferasında olacaq. Amma davamlı olaraq məlumatların sızması prosesə heç bir fayda verməyəcək”