QR CodeQR Code

Paşinyan: Ermənistan Türkiyə tərəfinin forumda iştirak etmək dəvətini qəbul edə bilər

25 Jan 2022 01:31

İslamTimes: Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir.


Paşinyandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də feysbuk səhifəsində onlayn keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq fürsətini qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Avropa İttifaqı, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, - deyə Ermənistanın baş naziri əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, onların ictimaiyyətdən gizli heç bir sirləri yoxdur: “Bizim siyasətimiz ictimai elanlar sferasında olacaq. Amma davamlı olaraq məlumatların sızması prosesə heç bir fayda verməyəcək”


Story Code: 975435

News Link :
https://www.islamtimes.org/az/news/975435/paşinyan-ermənistan-türkiyə-tərəfinin-forumda-iştirak-etmək-dəvətini-qəbul-edə-bilər

Islam Times
  https://www.islamtimes.org