QR CodeQR Code

Al-Monitor: İsraillilər Əbu-Dabiyə hücumdan sonra şoka düşüblər

إسلام تايمز , 25 Jan 2022 18:46

İslamTimes: İşğalçı İsrail rejimi rəsmiləri Yəmənin hücumundan o qədər qorxuya düşüb və heyrətlənib ki, onların bəzisi bu hücumun yalnız İran tərəfindən həyata keçirilə biləcəyini iddia edib.


“Al-Monitor” ötən həftə Əbu-Dabiyə hücumdan sonra Yəmən ordusu və xalq komitələrinin raket və İHA imkanları barədə məlumat yayımlayıb. İnformasiya agentliyi sionist hərbi analitiklərə istinadən yazıb ki, Husilər Eylat limanını və işğal olunmuş ərazilərdəki Dimona nüvə obyektini hədəfə almaq imkanına malikdir.

Bu barədə “Al-Monitor” yazıb: “Onlar (sionistlər) dərin şok içindədirlər. Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisi yanvarın 17-də BƏƏ-yə pilotsuz uçan aparatların hücumu barədə deyib ki, Yəmən husiləri məsuliyyəti öz üzərinə götürdüyü bu hücum heyrətamiz və cəsarət tələb edən bir əməliyyat idi. Birləşmiş Ərəb Əmirliyi 5 pilotsuz təyyarədən 3-nün izinə düşə bildi. PUA-lardan biri Luvr Muzeyini (Əbu-Dabidə), digəri isə başqa bir strateji hədəfi vurmalı idi. Əməliyyat zamanı 3 nəfər həlak oldu və bir neçə yanacaq tankeri məhv edildi. İsrail rəsmisi möcüzəvi şəkildə daha ağır fəlakətin qarşısının alındığını bildirib”.

İşğalçı İsrail rejimi rəsmiləri Yəmənin hücumundan o qədər qorxuya düşüb, heyrətlənib ki, onların bəzisi bu hücumun yalnız İran tərəfindən həyata keçirilə biləcəyini iddia edib.


Story Code: 975560

News Link :
https://www.islamtimes.org/az/news/975560/al-monitor-israillilər-əbu-dabiyə-hücumdan-sonra-şoka-düşüblər

Islam Times
  https://www.islamtimes.org