0
Tuesday 25 January 2022 - 20:22

Sionist rejimin mühasirəsi Qəzza zolağında ciddi aclığa səbəb olub

Story Code : 975575
Sionist rejimin mühasirəsi Qəzza zolağında ciddi aclığa səbəb olub
Cenevrədə yerləşən insan haqları qrupu bazar ertəsi yayımladığı illik hesabatında bildirib ki, sionist rejimin Qəzza məntəqəsini 16 illik mühasirəsi nəticəsində bu məntəqənin 2,3 milyon əhalisinin yarıdan çoxu yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır.

Əl-Ərəbi saytının məlumatına görə, "Avropa-Aralıq Dənizi İnsan Haqları Monitorinq Qrupu" İsrail rejiminin mühasirəsi zamanı təxminən 1,5 milyon Qəzza vətəndaşının yoxsullaşdığını bildirir. 2006-cı ildə HƏMAS ümumi seçkilərdə qalib gəldiyi üçün sionist rejim Qəzzaya qarşı qeyri-qanuni mühasirəyə start verib. İşğalçı İsrail rejimi 2007-ci ildə mühasirəni daha da gücləndirib.