QR CodeQR Code

Yaponiya Ukrayna ətrafında vəziyyətlə bağlı necə hərəkət edəcək?

26 Jan 2022 11:13

İslamTimes: Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək.


İslamTimes: Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 26-da parlamentin büdcə komissiyasının iclasında keçirilən müzakirələr zamanı bildirib.

“Biz böyük narahatlıqla Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvələrini toplamasını izləyirik. Bununla əlaqədar biz G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcəyik”, - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, son günlər Qərb ölkələrində və Kiyevdə Rusiyanın Ukrayna ərazilərinə təcavüzə hazırlaşdığı barədə xəbərlər yayılıb. /azertag/


Story Code: 975646

News Link :
https://www.islamtimes.org/az/news/975646/yaponiya-ukrayna-ətrafında-vəziyyətlə-bağlı-necə-hərəkət-edəcək

Islam Times
  https://www.islamtimes.org