QR CodeQR Code

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

26 Jan 2022 12:20

İslamTimes: Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.


APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması haqqında müzakirə aparıb.

Məhəmmədrza Aştiyani iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb: "İki ölkə xalqının mədəni və tarixi bağlılıqlarını nəzərə alaraq, Azərbaycan və İran arasında əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etdirilməlidir. Təhlükəsizlik sahəsində müştərək əməkdaşlığın inkişafı çox önəmlidir. İki ölkənin geosiyasi xüsusiyyətlərini nəzərə alaraq ölkələr arasında əlaqələrin inkişafı üçün geniş potensial var".

Görüşdə Zakir Həsənov İrana Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkürünü bildirib.

Z.Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Müdafiə naziri iranlı həmkarını Bakıya rəsmi səfərə dəvət edib.


Story Code: 975658

News Link :
https://www.islamtimes.org/az/news/975658/zakir-həsənov-iranın-müdafiə-naziri-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org