0
Wednesday 26 January 2022 - 18:16

Rusiya Putinə qarşı sanksiyalarla bağlı xəbərdarlıq edib

Story Code : 975716
Rusiya Putinə qarşı sanksiyalarla bağlı xəbərdarlıq edib
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çərşənbə günü Qərbin Putinə qarşı sanksiya tətbiq etməsi ehtimalı barədə xəbərdarlıq edərək, Moskvanın Berlinlə münasibətlərə böyük əhəmiyyət verdiyini deyib.

Tass xəbər agentliyinin məlumatına görə, Peskov jurnalistlərə müsahibə zamanı deyib: "Olaf Şultsun vəzifəyə başlamasından çox keçməyib və şübhəsiz ki, baş nazirin qarşıda həll etməli çoxlu daxili məsələlər var. Təəssüf ki, biz Qərbi Avropanın Ukrayna ilə bağlı qeyri-adi həyəcan nümayiş etdirdiyini görürük”.

Kremlin sözçüsü əlavə edib: "Almaniya Qərbi Avropadakı əsas tərəfdaşlarımızdan biridir və biz əlaqələrimizə böyük əhəmiyyət veririk və gələcəkdə bu əlaqələri daha da inkişaf etdirmək istəyirik."