QR CodeQR Code

Ənsarullah: BƏƏ ABŞ-dan "dəstək" dilənir!

إسلام تايمز , 26 Jan 2022 19:04

İslamTimes: Səna rəsmiləri növbəti dəfə BƏƏ-yə Yəmənə hücumları dayandırması ilə bağlı xəbərdarlıq ediblər


Bu gün Yəmənin Ənsarullah Müqavimət Hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin müzakirə komandasının rəhbəri Məhəmməd Əbdül-Salam Twitter səhifəsində yazıb:

"Yəmənə hücumlar təşkil edən Koalisiya üzvü olan bəzi "ölkəcik"lər daxili təhlükəsizlik böhranı ilə üzləşiblər. Misal olaraq Amerika əsasının köməyi olmadan ayaq üstə dayana bilməyən BƏƏ-ni göstərə bilərik. Onlar Amerikadan "dəstək" almaq üçün yalvararaq dilənirlər. Yəmən bataqlığından çıxmaq üçün BƏƏ-nin ABŞ-dan dəstək dilənməsinə ehtiyac yoxdur. Amma onlar Yəmənə hücumları davam etdirsələr, o zaman kiminsə dəstəyinin onlara faydası olmayacaq və hansısa ölkənin dəstəyi BƏƏ-nin təhlükəsizliyini təmin etməyəcək!"


Story Code: 975734

News Link :
https://www.islamtimes.org/az/news/975734/ənsarullah-bəə-abş-dan-dəstək-dilənir

Islam Times
  https://www.islamtimes.org