0
Wednesday 26 January 2022 - 19:04

Ənsarullah: BƏƏ ABŞ-dan "dəstək" dilənir!

Story Code : 975734
Ənsarullah: BƏƏ ABŞ-dan "dəstək" dilənir!
Bu gün Yəmənin Ənsarullah Müqavimət Hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin müzakirə komandasının rəhbəri Məhəmməd Əbdül-Salam Twitter səhifəsində yazıb:

"Yəmənə hücumlar təşkil edən Koalisiya üzvü olan bəzi "ölkəcik"lər daxili təhlükəsizlik böhranı ilə üzləşiblər. Misal olaraq Amerika əsasının köməyi olmadan ayaq üstə dayana bilməyən BƏƏ-ni göstərə bilərik. Onlar Amerikadan "dəstək" almaq üçün yalvararaq dilənirlər. Yəmən bataqlığından çıxmaq üçün BƏƏ-nin ABŞ-dan dəstək dilənməsinə ehtiyac yoxdur. Amma onlar Yəmənə hücumları davam etdirsələr, o zaman kiminsə dəstəyinin onlara faydası olmayacaq və hansısa ölkənin dəstəyi BƏƏ-nin təhlükəsizliyini təmin etməyəcək!"