0
Wednesday 26 January 2022 - 19:44

BMT Səudiyyə koalisiyasının Yəmənə hücumlarını pislədi

Story Code : 975742
BMT Səudiyyə koalisiyasının Yəmənə hücumlarını pislədi
Birləşmiş Millətlər Təşkilatı internet saytında verdiyi açıqlamada koalisiya qüvvələri tərəfindən Yəməndə qətlə yetirilən mülki vətəndaşların sayının bu ay rekord həddə çatacağını bildirib.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrandberq və BMT-nin Yəmən üzrə humanitar koordinatoru Devid Qresli birgə bəyanat yayaraq, Yəməndəki mövcud vəziyyətə görə olduqca narahatlıq keçirdiklərini bildiriblər.

BMT-nin Yəməndəki nümayəndələri Səudiyyə koalisiyasının hava hücumlarını da pisləyib.

Bu hücumlar yanvarın 21-də Saada həbsxanasının hədəf alınması ilə başlayıb. Bu məkanda əsasən miqrantlar yerləşdirilibmiş. Məlumata görə, hava hücumları nəticəsində 91 nəfər ölüb, 226 nəfər yaralanıb və bu, Yəməndə son üç ildə qeydə alınmış ən böyük mülki vətəndaşların qətliamı olub.