QR CodeQR Code

BMT Səudiyyə koalisiyasının Yəmənə hücumlarını pislədi

إسلام تايمز , 26 Jan 2022 19:44

İslamTimes: BMT Yəməndə dinc əhali arasında həlak olanların sayının rekord səviyyəyə çatdığını bildirib


Birləşmiş Millətlər Təşkilatı internet saytında verdiyi açıqlamada koalisiya qüvvələri tərəfindən Yəməndə qətlə yetirilən mülki vətəndaşların sayının bu ay rekord həddə çatacağını bildirib.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrandberq və BMT-nin Yəmən üzrə humanitar koordinatoru Devid Qresli birgə bəyanat yayaraq, Yəməndəki mövcud vəziyyətə görə olduqca narahatlıq keçirdiklərini bildiriblər.

BMT-nin Yəməndəki nümayəndələri Səudiyyə koalisiyasının hava hücumlarını da pisləyib.

Bu hücumlar yanvarın 21-də Saada həbsxanasının hədəf alınması ilə başlayıb. Bu məkanda əsasən miqrantlar yerləşdirilibmiş. Məlumata görə, hava hücumları nəticəsində 91 nəfər ölüb, 226 nəfər yaralanıb və bu, Yəməndə son üç ildə qeydə alınmış ən böyük mülki vətəndaşların qətliamı olub.


Story Code: 975742

News Link :
https://www.islamtimes.org/az/news/975742/bmt-səudiyyə-koalisiyasının-yəmənə-hücumlarını-pislədi

Islam Times
  https://www.islamtimes.org