0
Thursday 27 January 2022 - 08:30

Ərdoğan Ukrayna haqda danışdı

Story Code : 975801
Ərdoğan Ukrayna haqda danışdı
“Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib. Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini qeyd edib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağılla iş ola bilməz. Biz Rusiyaya onun bəzi tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Biz cənab Putini ölkəmizə dəvət etmişik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”.