QR CodeQR Code

Ərdoğan Ukrayna haqda danışdı

27 Jan 2022 08:30

İslamTimes: Ərdoğan: "Ukrayna ilə bağlı mövqeyimizin dəyişməsi mümkün deyil"


“Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib. Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini qeyd edib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağılla iş ola bilməz. Biz Rusiyaya onun bəzi tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Biz cənab Putini ölkəmizə dəvət etmişik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”.


Story Code: 975801

News Link :
https://www.islamtimes.org/az/news/975801/ərdoğan-ukrayna-haqda-danışdı

Islam Times
  https://www.islamtimes.org