QR CodeQR Code

NATO-ya Rusiyadan sərt cavab: Separatçılar silahlandırılacaq!

27 Jan 2022 08:52

İslamTimes: Qərbin Rusiyanın təkliflərinə cavabını mənfi dəyərləndirmək olar.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vyaçeslav Nikonov danışıb.

Deputat vurğulayıb ki, NATO-nun bəyanatlarına əsasən (NATO Baş katibi Stoltenberqin Brüsseldə təşkil etdiyi mətbuat konfransında dedikləri nəzərdə tutulur – red.) yazılı cavabda Rusiyanın narahatlığına dair heç nəyin nəzərə alınmadığını düşünmək olar:

"Qərbin cavabı birmənalı olaraq mənfi kimi qəbul edilməlidir. Beləliklə, tezliklə “rusca” cavabları öyrənməyə başlayacağıq. Görünür, biz Donetsk və Luqansk respublikalarını silahlandırmaqdan başlayacağıq”.

Qeyd edək ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təkliflərinə yazılı cavab verib. Məzmun açıqlanmasa da, Qərbin güzəştə getməyəcəyi düşünülür.


Story Code: 975804

News Link :
https://www.islamtimes.org/az/news/975804/nato-ya-rusiyadan-sərt-cavab-separatçılar-silahlandırılacaq

Islam Times
  https://www.islamtimes.org