QR CodeQR Code

Türkiyə Rusiyaya qarşı təxribatlara qoşulmur - Boldırev

27 Jan 2022 13:31

İslamTimes: Bu məsələ ABŞ və Böyük Britaniya tərəfindən fəal şəkildə irəli sürülür.


Artıq bu ölkələrin Rusiya sərhədlərində təxribatçı fəaliyyəti müşahidə olunub. Bu məqamda Türkiyənin haqqını vermək lazımdır. NATO üzvü olmasına və təzyiqlərə baxmayaraq, bölgədə gərginliyin artmasına qarşı çıxanlardandır.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Boldırev NATO Baş katibi Yens Stoltenberqin açıqlamasını şərh edərkən deyib.

Boldırev vurğulayıb ki, NATO daxilində yeni təxribatla bağlı konsensusun olmamasında Türkiyənin mühüm rol oynadığını təxmin etmək olar:

"Bəzi alyans üzvlərinin Rusiya sərhədləri yaxınlığında əl atdıqları təxribatlarda Türkiyə heç vaxt iştirak etməyib. Çünki bu cür təxribatlar bütün regionda sabitliyi poza bilər. Türkiyə bunda qətiyyən maraqlı deyil".

Qeyd edək ki, daha öncə Y.Stoltenberq Qara dənizdə hərbi birlik məsələsində Alyans üzvləri arasında fikir birliyinin olmadığını söyləmişdi.


Story Code: 975852

News Link :
https://www.islamtimes.org/az/news/975852/türkiyə-rusiyaya-qarşı-təxribatlara-qoşulmur-boldırev

Islam Times
  https://www.islamtimes.org