QR CodeQR Code

İsrailin casus yuvasına hücum

9 Sep 2011 23:27

IslamTimes - Dünyanın bütün ölkələrində, o cümlədən müsəlman ölkələrində İsrailə məxsus səfirlik və diplomatik korpus əsasən casusluq fəaliyyəti ilə məşğuldur.


"IslamTimes" xəbər verir ki, dünyanın bütün ölkələrində, o cümlədən müsəlman ölkələrində İsrailə məxsus səfirlik və diplomatik korpus əsasən casusluq fəaliyyəti ilə məşğuldur. Artıq bu bütün dünyaya sübuta yetib. Hansı ölkədə çaxnaşma yaranırsa, burada hökmən İsrail səfirliyinin əli var. Misirdə isə əksinə olub. Özlərini İsraildəki kimi hiss edən yəhudi diplomatlar Misirdəki çevrilişdən şoka düşüb.

9 sentyabrda axşam vaxtı Qahirə əhalisi İsrail səfirliyinə hücum edib. Misir hökuməti kütləvi aksiyalar başlayan zaman səfirliyi 2,5 metr hündürlükdə beton divarlarla əhatəyə alıb. Müxbirlər xəbər verir ki, ağır çəkiclərlə silahlanmış əhali beton divarları dağıdıb. Polis və ordu hadisələri kənardan müşahidə edib. Aksiyaçılar İsrail xüsusi xidmət orqanlarının 5 Misir vətəndaşını qətlə yetirməsinə etiraz edir.

Səfirliyə hücum edənlər səfirlik binasından İsrailin bayrağını çıxarıb, yerinə Misirin bayrağını taxıb.


Story Code: 97602

News Link :
https://www.islamtimes.org/az/news/97602/israilin-casus-yuvasına-hücum

Islam Times
  https://www.islamtimes.org